Bank Of Baku

BQXK nümayəndələri Mədət Quliyevlə görüşüblər

BQXK nümayəndələri Mədət Quliyevlə görüşüblər
# 30 avqust 2013 07:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının başçısı Korba Loran, komitənin Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran, Müdafiə proqramı üzrə koordinator Fransua Blansidən ibarət nümayəndə heyətini qəbul edib.

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə M. Quliyev komitənin 1992-ci ildən etibarən Azərbaycandakı səmərəli fəaliyyətindən bəhs edib. Daha sonra o, qonaqlara Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib.

 

M. Quliyev BQXK ilə Penitensiar xidmət arasında əməkdaşlığı yüksək qiymətləndirərək, son illər ərzində məhz BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını və artıq ölkəmizin bu təcrübəsindən bir çox dövlətlərin nümayəndələrinin də bəhrələndiklərini bildirib.


K. Loran isə Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə əməkdaşlığın səmərəli olduğunu qeyd edib və komitənin tövsiyələrinə penitensiar müəssisələr tərəfindən daha fəal reaksiya verildiyini, bu tövsiyələrə əməl olunduğunu xüsusilə vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR