Bank Of Baku

BŞTİ: Şagirdlərin dərsdən yayınma halları hər zaman olub, bu gün də var

BŞTİ: Şagirdlərin dərsdən yayınma halları hər zaman olub, bu gün də var
# 12 may 2014 10:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov bu gün keçirilən mətbuat konfransında deyib ki, Azərbaycanda müəllimin inkişaf səviyyəsi ilə şagird nailiyyətləri arasında korrelyasiya (qarşılıqlı bağlılıq) var. Onun fikrincə, müəllimlərin inkişaf səviyyəsi yüksəkdirsə, şagird nailiyyəti də yüksək olmalıdır: “Ona görə də əsas məqsədimiz bunların hamısını kompleks şəkildə həll etməkdir. Şagirdlərin dərsə davamiyyəti ilə bağlı məsələni həll etmək üçün müəllimlərin peşəkarlıq səviyyəsinin necə olduğunu  bilməliyik. Məktəbdə dərsdən yayınan şagirdlər hiss edəndə ki, məktəbdə müəllim peşəkardır, belə hallar baş vermir. Təbii ki, şagirdlərin dərsdən yayınma halları hər zaman olub və bu gün də var. Biz bunu etiraf edirik. Amma imkan daxilində çalışırıq ki, bunu inzibati yollarla yox, təbii yolla aradan qaldıraq”.

 

H. Əsgərov tədrisdən yayınma və repetitor yanına getmək məqsədilə paytaxtdakı məktəblərin bəzi şagirdlərin adlarının rayon məktəblərində yazılması hallarına da münasibət bildirib. H.Əsgərovun sözlərinə görə, indi belə halların qarşısı demək olar ki, alınıb: “Açıq etiraf etmək lazımdır ki, məsələ xüsusi olaraq gündəmə gətirilib və nazirlik səviyyəsində müzakirə olunub. Bunun yolları müəyyənləşdirilib. Təbii ki, buna tam aradan qaldırmağa zaman lazımdır. Öncəki illərlə müqayisədə bu halların qarşısı demək olar ki, alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR