Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 23-də saat 19:00-dək «Avrora», saat 18:00-dək «Samux», «Mərəzə», «Zabrat», «Ağdaş», «Şəmsabad», «Horadiz», «Zərdab», «Zığ», «Qaraçuxur», «Pirəküşkül», «Masazır», «Altıağac», «Cəlilabad», «Yeni Binə», «5-ci siyirtmə» qazpaylayıcı stansiyaları və «1-ci QTM»-dən çıxan qaz xəttində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Qaradağ rayonunun Pirəküşkül və Şubanı qəsəbələri, Sabunçu rayonunun Zabrat-I qəsəbəsi, Xəzər rayonunun Binə qəsəbəsi, Səbail rayonunun Ü.Hacıbəyov və ətraf küçələri, Xətai rayonunun Əbilov küçəsi, Samux rayonunun bir hissəsi, Qusar rayonunun Köhnə Qusar Qazmalar qəsəbəsi, Abşeron rayonunun Masazır qəsəbəsi, Qobustan şəhəri, Lənkəran rayonunun Burcəli və Hirkan qəsəbəsi, Xızı rayonunun Altıağac və Qızılqazma qəsəbələri, Ağdaş rayonunun Qarabağlı kəndi, Cəlilabad şəhəri, Füzuli rayonunun Horadiz şəhərinə qazın verilməsində fasilələr yaranacaq.