Bakı. Könül Kamilqızı – APA. Cari ilin 11 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən qarayara xəstəliyinə görə 3161941 baş iribuynuzlu, 7368434 baş xırdabuynuzlu, 107603 baş təkdırnaqlı heyvanlarda və 6558 baş donuzda müvafiq peyvəndlənmə işləri aparılıb. APA-nın xəbərinə görə, dabaq xəstəliyinə görə A,O, Asiya-1 tipinə qarşı 4890400 baş iribuynuzlu heyvanda, A,O tipinə qarşı 3938422 baş xırdabuynuzlu heyvanda, leptespiroza görə 778098 baş iribuynuzlu, 567345 baş xırdabuynuzlu heyvanda quduzluq xəstəliyinə qarşı 251058 baş itdə, çiçəyə qarşı 1424054 baş xırdabuynuzlu heyvanda, brusellyoz xəstəliyinə qarşı 1681759 baş xırdabuynuzlu heyvanda Rev-1 vaksini ilə, həmçinin 14243511 baş quşda H vaksini ilə, 20487249 baş quşda La-sota vaksini ilə profilaktik peyvəndləmə işləri görülüb.
Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə cari ilin ötən dövründə 1153256 baş iribuynuzlu, 16572 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq, baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb, nəticədə 1398 baş iribuynuzlu, 448 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar brusellyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb. Bununla yanaşı, vərəmə qarşı 573496 baş iribuynuzlu, manqoya qarşı 57224 baş təkdırnaqlı heyvan müayinə olunub və xəstə aşkar olunmayıb.