Bakı. Könül Kamilqızı - APA. 2012-ci ilin yanvar-noyabr ayı ərzində Azərbaycanda 1132 qida zəhərlənməsi halı qeydə alınıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, qida zəhərlənmələri nəticəsində 1376 nəfər zərər çəkib. Bundan əlavə, il ərzində respublika ərazisində baş verən 21 botulizm hadisəsindən zərərçəkənlərin sayı 29 nəfər olub.
Cari ilin 11 ayı ərzində respublika üzrə qida zəhərlənməsindən ölüm halı qeydə alınmayıb. Amma dekabr ayında zəhərlənmədən ölüm halları qeydə alınıb. Botulizm hadisəsindən ölüm halları regionlarda baş verib. Ölkə üzrə qeydə alınan yekun nəticələr isə gələn il açıqlanacaq.