Bank Of Baku

Bu il Azərbaycanda işə qəbul olunan müəllimlərin 75,7%-i qadınlardır

Bu il Azərbaycanda işə qəbul olunan müəllimlərin 75,7%-i qadınlardır
# 31 avqust 2013 14:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşib və 1474 nəfər müəllim işə qəbul edilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, işə qəbul olunan 1474 nəfərdən 1116 nəfəri (75,7%) qadın müəllimlərdir.

 

Təhsil Nazirliyi cari ildə ümumtəhsil məktəblərində vakant müəllim yerlərinin sayının müəyyən qədər artmasının səbəblərini də açıqlayıb. Bildirilib ki, əvvəlki illərdə 6-11 saat dərs yükü vakant hesab edilmirdi. Qeyd olunub ki, bu həcmdə dərs yükü ixtisas üzrə müəllim olmayan kiçik məktəblərdə mövcuddur. Bu il isə həmin yerlər də vakant yer kimi elan edilib ki, dərs yükü az olsa da, ixtisas müəllimi tərəfindən tədris edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR