Bank Of Baku

Bu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb

Bu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb
# 14 oktyabr 2013 16:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, doktoranturaya qəbul Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən həyata keçiriləcək.

 

2013-cü il üzrə doktoranturaya qəbul imtahanlarının vaxtı qəbul planları təsdiq edildikdən sonra müəyyənləşdiriləcək və bu barədə KİV-ə müvafiq məlumatlar veriləcək.

 

Təhsil Nazirliyi Azərbaycan təhsil sisteminin Boloniya prosesinə qoşulmasının tələbələrin həm də məktəbi (tələb olunan kreditləri yığmaqla) daha tez qurtarmağa imkan verməsi məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, Boloniya prosesinə qoşulduqdan sonra respublikanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların təhsilini normativ müddətdən tez başa vurma halları olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR