Bank Of Baku

Bu il ölkədə sosial müdafiə əhəmiyyətli yeni obyektlər istifadəyə veriləcək

Bu il ölkədə sosial müdafiə əhəmiyyətli yeni obyektlər istifadəyə veriləcək
# 29 yanvar 2014 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Qobustan rayonunda isə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzində gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnməsi, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması nəzərdə tutulur. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir.

 

Sosial Adaptasiya Mərkəzi isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər həyata keçirəcək. Qeyd olunan yeni sosial obyektlərin cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR