Bank Of Baku

Bu ilin 3 ayı ərzində 3538 nəfərlə əmək müqaviləsi bağlanıb

Bu ilin 3 ayı ərzində 3538 nəfərlə əmək müqaviləsi bağlanıb
# 08 aprel 2013 14:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə çox, yəni 3538 nəfərlə əmək müqaviləsinin bağlatdırılması təmin edilib.

 

ƏƏSMN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cari ilin ilk üç ayında Xidmət tərəfindən 1895-i özəl sektora aid ümumilikdə 2231 müəssisə və təşkilatda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib.

 

Vətəndaşlardan, müəssisə və təşkilatlardan daxil olmuş 941 ərizə və 289 sorğu araşdırılıb. Dövlət nəzarətinin həyata keçirilməsi və müraciətlərin araşdırılması zamanı iş yerlərində 4075 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib, inzibati xətalara görə 78770 manat cərimə tətbiq olunub.

 

Qeyd olunan müddətdə ümumilikdə 249 590 manat məbləğində gecikdirilmiş ödəmələrin, o cümlədən 227 652 manat əmək haqqının, 11 992 manat zərərə görə ödəncin, 9 946 manat sosial müavinət və kompensasiyanın ödətdirilməsi, əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 11 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR