Bank Of Baku

Bu ilin ilk dörd ayında DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 5,1% üstələyib

Bu ilin ilk dörd ayında DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 5,1% üstələyib
# 20 may 2013 08:17 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 874,6 mln. manat  təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 22,6 mln. manat və ya 2,7% çoxdur.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 22,7 mln. manat və ya 5,1% yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,9% və ya 56,7 mln. manat artaraq 463,8 mln. manat təşkil edib.

 

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,8 faizi və ya 295,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 54,8 mln. manat və ya 22,7%,  əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 21,1% və ya 51,5 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 50,9%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 85,4 faiz artıb.

 

2013-cü ilin yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 167,9 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% və ya 5,1 mln. manat artıb.

 

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2013-cü ilin yanvar-aprel aylarında Fondun xərcləri 821,9 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 808,1 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,1 mln. manat və ya 5,1% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 5% və ya 37,7 mln. manat artaraq 789,5 mln. manat təşkil edib.

 

Bu ilin yanvar-aprel aylarında əhaliyə 18,7 mln. manat məbləğində müavinət ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR