Qəhrəman, mərd, əyilməz, yenilməz ömür yaşayan, tariximizdə iz qoyan, gələcək nəsillərə öz həyatı ilə örnək olan Cahandar ağanın da qəbri tarixi şəxsiyyətlərin məzarları sırasındadır. Cahandar ağa 1853-cü ildə Qazağın II Şıxlı kəndində dünyaya göz açıb. O, Yusif ağanın oğludur. Cahandar ağanın nəsil şəcərəsi Şıxlıoğulları Kamaloğulları ilə bağlıdır. Əslində Azərbaycan tarixində Qazağın Şıxlı kəndində olan Şıxlınskilər (Şıxlıoğullar) tayfasından sayılıb-seçilən şəxsiyyətlər çox yetişib. Şıxlinskilər tayfasının belə oğullarından biri Azərbaycanın xalq yazıçısı, İsmayıl Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağadır. Tarixçi Fəxrəddin Vəlizadə APA TV-yə müsahibəsində bildirib ki, Şıxlinskilər nəsli çox böyük nəsildir. Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı da məhz həmin nəslin nümayəndəsidir. Yazıçının şah əsəri sayılan "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağa da İsmayıl Şıxlının babasıdır. Tarixçi Cahandar ağanın qəbrinin II Şıxlıda, Bakı-Tiflis yolunun "Sınıq körpü"yə yaxın hissəsində, yolun sağ kənarında yerləşən köhnə qəbiristanlıqda olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan tarixində xüsusi yerə malik Şıxlinskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına laqeyd münasibət var. "Cahandar ağanın qəbir daşı bir az əyilmiş vəziyyətdədir. Üstündə tüfəng və xəncər şəkli var. Azərbaycan tarixində böyük bir səhifəyə malik Şıxlinskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına biganəlik tariximizə biganəlikdir. Çünki biz gələcək nəsillərə bu biganəliklə bağlı cavab verə bilməyəcəyik. Cahandar ağanın qəbir daşını tam düzəltmək, onun ətrafına hasar çəkmək lazımdır. "Dəli Kür"ü oxuyan hər bir gənc Cahandar ağanın qəbrini və başdaşını əyilmiş vəziyyətdə gördükdə görəsən nə düşünər?"
Tarixi araşdırmalardan Cahandar ağanın 1910-cu ildə Kürün o tayından gələn bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərindən ibarət bir qrupun pusqusuna düşdüyü deyilir. Ruslar Cahandar ağanı gülləyə tuturlar. Cahandar ağa atının belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır. 5 rus əsgərini öldürür, lakin özü Kür sularında düşmən gülləsindən şəhid olur.
Fəxrəddin Vəlizadə deyir ki, Bakı-Tbilisi yolunun "Sınıq körpü"yə yaxın hissəsində tək Cahandar ağanın məzarı yox , o cümlədən 18-ci əsr ədəbiyyatımızın görkəmli şairi Molla Vəli Vidadinin və onun övladlarının da qəbirləri var.
Müsahibimiz Molla Vəli Vidadinin abidəsindən solda 1-ci daşın oğlu Məhəmmədin, sağdakı 1-ci daşın isə qızı Cəvahirin məzarı olduğunu bildirilir. 2-ci daşın isə Vidadinin həyat yoldaşı Tükəzban xanımın məzarı olduğunu deyir. "Bu məzarlıqlar da məşhur din xadimləri - Zaqafqaziya müsəlmanlarının Tiflisdə əyləşən müftiləri Osman əfəndi, Məhəmməd əfəndi, Müftizadə Qazi Səadəddin əfəndi və Müfti Osman oğlunun qəbirləridir. Zaqafqaziya müftisi olmuş Molla Vəli Vidadinin oğul və Molla Pənah Vaqifin qız nəvəsi Qazi Səadəddinin məzarlarına biganəliyi heç cür qəbul etmək olmur".
Fəxrəddin Vəlizadə hesab edir ki, tarixi şəxsiyyətlərimiizn irsi öyrənilməli, bu günkü gəncliyimizə, insanlara çatdırılmalı, məzarları tapılmalı, dağılmışları bərpa edilməli, qorunub saxlanmalı, gələcək nəsillərə ötürülməlidir.
Cahandar ağanın baxımsız qalan məzarı - REPORTAJ - VİDEO
Sosial
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Xəbər Lenti
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
İranın Qəşm adası raket hücumuna məruz qalıb
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Əraqçi Qırğızıstana yollanıb
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Dünya Bankı Venesuelada zəlzələlərin vurduğu ziyanın həcmini açıqlayıb
Tehran Britaniyanı hədələyib: İrana hücumlarda istifadə olunan istənilən baza legitim hədəf sayılacaq
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
İran XİN: ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək