Bank Of Baku

Çernobıl əlillərinə birdəfəlik maddi yardım göstərilib

Çernobıl əlillərinə birdəfəlik maddi yardım göstərilib
# 25 aprel 2014 11:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Çernobıl atom elektrik stansiyasında baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, maddi yardımların həmin şəxslərin bank hesablarına köçürülməsi təmin edilib.

 

Hazırda belə şəxslərə təyin olunan prezident təqaüdünün məbləği 1 aprel 2014-cü il tarixdən etibarən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata, III qrup əlillər üçün isə 60 manatdan 100 manata çatdırılıb. Həmçinin prezidentin fərmanına əsasən, əlillik Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara 60 manat məbləğində prezident təqaüdü təsis edilib.

 

Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.

 

Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək 190 nəfər Çernobıl əlili müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin ediliblər. Eyni zamanda müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobıl əlilinə dövlət hesabına minik avtomobili verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR