Bank Of Baku

Çətin həyat şəraiti sürən şəxslərə və ailələrə dövlət tərəfindən yardım ediləcək

Çətin həyat şəraiti sürən şəxslərə və ailələrə dövlət tərəfindən yardım ediləcək
# 12 fevral 2013 09:54 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda çətin həyat şəraiti sürən şəxslərə və ailələrə yardımların edilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, bu məsələ “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”yə dəyişikliklərdə əksini tapıb. Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə bildirib ki, sənəddə əvvəlcə belə yardımların yalnız ahıl şəxslərə aid edilməsi nəzərdə tutulurdusa, dəyişikliklərdən sonra bu, çətin şəraitdə yaşayan ailələrə də şamil ediləcək.

 

Dəyişiklik komitə tərəfindən bəyənilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR