Bank Of Baku

Çingiz Abdullayev: ““ASAN xidmət” mərkəzinin fəaliyyəti və göstərdiyi xidmətləri hər yerdə təbliğ edəcəyəm”

Çingiz Abdullayev: ““ASAN xidmət” mərkəzinin fəaliyyəti və göstərdiyi xidmətləri hər yerdə təbliğ edəcəyəm”
# 15 fevral 2013 14:51 (UTC +04:00)

 

Bakı-APA. “Mən fəxr edirəm ki, Azərbaycanda “ASAN xidmət” mərkəzi kimi yeni bir sistem fəaliyyət göstərir”. Bu açıqlamanı APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist Çingiz Abdullayev deyib.

 

O bildirib ki, bu gün üçün vacib olan müəyyən xidmətlərin bir mərkəzdə göstərilməsi insanların işini həqiqətən adına uyğun olaraq asanlaşdırır: “Bu günə kimi mərkəz barədə çox eşitmişdim və bəlkə də bəzi deyilənlərə inanmırdım. Amma hər şeyi özüm gördükdən sonra bütün xidmətlərin yüksək səviyyədə təşkil olunmasının şahidi oldum. Qurumda çalışanların böyük əksəriyyətinin gənclərdən ibarət olması isə xüsusilə sevindirici haldır. Bundan sonra mən də hər yerdə gördüklərimə əsasən “ASAN xidmət” mərkəzinin fəaliyyətini və göstərdiyi xidmətləri hər yerdə təbliğ edəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR