Bank Of Baku

Daha 24 azərbaycanlı tələbə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb

Daha 24 azərbaycanlı tələbə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb
# 07 avqust 2013 08:18 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində daha 24 azərbaycanlı tələbə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilən həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcək.

 

Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacağına, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklərinə əminliyini də ifadə edib.

 

Məlumat da o da qeyd olunub ki, Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixində başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR