Bank Of Baku

Dərbənd meri: “Hazırda Dərbənd əhalisinin 33 faizini ləzgilər, 30 faizini isə azərbaycanlılar təşkil edir” - FOTO

Dərbənd meri: “Hazırda Dərbənd əhalisinin 33 faizini ləzgilər, 30 faizini isə azərbaycanlılar təşkil edir” - <span style="color: red;">FOTO
# 09 aprel 2013 10:15 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında qədim Azərbaycan şəhəri Dərbəndin salınmasının 2000 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, RF Dağıstan Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəliyi, Ümumrusiya Etnojurnalistlər Konqresi və Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunan tədbirdə Moskva-Dərbənd telekörpüsu keçirilib.

 

Tədbirdə çıxış edən Dağıstan Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəsinin müavini Vəlimaqomed Maqatayev Dərbəndin 2000 illiyinin qeyd olunması üçün təşkilat komitəsi yaradıldığını söyləyib: “Komitəyə rəhbərlik Rusiya prezidentinin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinə tapşırılıb. Rəhbər müavini isə Dağıstan Respublikası prezidenti vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov seçilib. Təşkilatın tərkibinə nazirlər və departament rəhbərləri, Dövlət Dumasının deputatları, senatorlar, alimlər, iş adamları da daxil edilib”.

V. Maqatayev Dərbəndin 2000 illik yubileyi ilə bağlı tədbirin 2015-ci ilin sentyabr ayında keçiriləcəyini açıqlayıb.  

 

Dərbənd meri İmam Yarəliyev yubiley tədbirlərinə yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: “İki ildən az müddət qalmasına baxmayaraq, yubiley tədbirinin hazırlıqlarına start verilib”.
 

Dərbənd əhalisinin sayı haqqında danışan şəhər meri hazırda şəhərdə 120 min nəfərin yaşadığını söyləyib. Onun sözlərinə görə, əhalinin 33 faizini ləzgilər, 30 faizini isə azərbaycanlılar təşkil edir: “Dərbənd əsrlər boyu üç dinin - islam, xristianlıq və yəhudi dinlərinin mənsublarının sülh şəraitində yaşadığı şəhər olub. Dərbənddəki çoxmillətlilik təcrübəsi bütün Rusiyaya örnəkdir”.

 

Sonra çıxış edən Rusiya Rabitə Nazirliyinin kütləvi informasiya vasitələri sahəsində dövlət siyasəti Departamentinin direktoru Yekaterina Larina, Rusiya Jurnalistlər İttifaqının  sədri Vsevolod Boqdanov və Ümumrusiya Etnojurnalistlər Konqresinin sədri Cəmil Sadıxbəyov təşkilat komitəsinə Dərbənddə beynəlxalq jurnalist ekspedisiyasının görüşünü keçirməyi və bu quruma yubileyin qeyd olunmasına hazırlıq üçün bütün lazımi şəraitin yaradılmasını təklif ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR