Bank Of Baku

Dərs Evi “Düzgün peşə seçimi etməyin vaxtıdır” adlı seminar keçirib

Dərs Evi “Düzgün peşə seçimi etməyin vaxtıdır” adlı seminar keçirib
# 28 iyun 2018 09:43 (UTC +04:00)

Dərs Evinin təşkilatçılığı ilə "Holiday Inn" otelində şagirdlər və valideynlər üçün “Düzgün peşə seçimi etməyin vaxtıdır” adlı seminar keçirilib.

 

Seminarın moderatoru, DJ Fateh ilk növbədə iştirakçılar ilə öz hekayəsini bölüşüb.

 

“İllər öncə bu cür testdən keçmək imkanım olsa idi, 4 ilimi sevmədiyim ixtisasın öyrənilməsinə sərf etməzdim. Uğursuz mühəndis olmaqdansa, o vaxt heç də nüfuzlu olmayan, lakin mənə həzz verən işlə məşğul olmağa başladım və radioya işə düzəldim. İndi qazancım bir çox mühəndislərin qazancından yüksəkdir və mən işimi çox sevirəm”, - deyə aparıcı bildirib.

 

Dərs Evinin icraçı direktoru - Çikaqo Universitetinin elmlər namizədi Pavel Belorusskiy beynəlxalq təcrübəyə əsaslanaraq, Dərs Evinin təhsil sahəsində gördüyü işlər, əldə olunan mühüm nəticələr barədə danışıb. Həmçinin, peşə seçiminin nəinki bir insanın taleyinə, o cümlədən cəmiyyətə də təsirini vurğulayıb: “Şagirdlərin düzgün peşə istiqamətini öncədən müəyyən etmək, onlara daha çox uğur qazandıran sənəti aşkarlamaq imkanı eyni zamanda bir neçə vəzifəni yerinə yetirir. Gənclər gördükləri işə həvəslə yanaşır və həyatdan zövq alır, valideynlər övladlarını uğurlu və xoşbəxt görür, nəticədə isə Azərbaycana səmərə gətirən yeni peşəkarlar nəsli böyüyür”.

 

Gənclərə peşə seçimi zamanı dəstək olmaq, onlara düzgün istiqamət vermək məqsədilə P. Belorusskiy Dərs Evi və Moskva Dövlət Universitetinin birgə layihəsi olan “Peşə seçimi testini” təqdim edib. Bu test abituriyentlərin maraqlarını, şəxsi keyfiyyətlərini, bacarıqlarını qiymətləndirməyə imkan verir. “Peşə oriyentator” kompleksi üzrə testi keçən hər kəs, nəticələri çap olunmuş şəkildə əldə edir və öz psixoloji portretini görür. Daha sonra, testin nəticələrinə əsasən psixoloq peşə konsultasiyasını keçirir və şagirdə uyğun peşələrin siyahısını, bu peşələrin tədris olunduğu ali məktəblərin adlarını və bir sıra lazımlı tövsiyələri verir.

 

Daha sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov peşə seçiminin uşaqların təhsilinə psixoloji təsirindən danışıb.

 

"Məktəbimizə müəllim qəbulu edərkən, onlara həmişə 2 sual veririk: ixtisası seçərkən pedaqoji fakültəni siyahıda neçənci yerdə yazmısınız və gələcəkdə müəllim işləmək istəyirsinizmi? 300 nəfərdən cəmi 5 nəfər pedaqoji fakültəni siyahıda birinci növbədə yazdıqlarını söyləyir və bu o deməkdir ki, bu gün gənclər istəmədikləri peşələrə üz tutur və məhz buna görə də, biz mütəxəssisləri xaricdən cəlb etməyə məcbur oluruq”, - deyə o qeyd edib.

 

Tədbirin növbəti spikeri, "Gilan Holding"in İnsan Resursları departamentinin direktoru, Allahverdi Bağırov peşə seçimi zamanı əmək bazarının vəziyyətinin və ölkədə baş verən tendensiyaların vacibliyini qeyd edib.

 

300 nəfərə yaxın iştirakçısı olan tədbir sual-cavab sessiyası ilə yekunlaşıb, hər kəs dəvət olunan spikerlərə onları maraqlandıran sualları verə bilib.

 

Dərs Evi 2015-ci ildən təhsil sahəsində fəaliyyət göstərən innovativ tədris mərkəzdir. 

 

Burada Peşə seçimi testini keçməklə 13 – 18 yaşlı gənclər həm təhsil, həm də karyera imkanlarını müəyyənləşdirib, ən uğurlu ola biləcəkləri istiqaməti seçmək imkanı qaza bilərlər. Bunun üçün sadəcə Dərs Evi ilə əlaqə saxlamaq və ya tədris mərkəzinə gəlmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR