Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Yeni il ərəfəsində bazar və yarmarkalarda reydlər keçirəcək

Dövlət Baytarlıq Xidməti Yeni il ərəfəsində bazar və yarmarkalarda reydlər keçirəcək
# 27 dekabr 2012 10:07 (UTC +04:00)

 DBX mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni illə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan (mal-qara, quş, balıq, arı və digərləri), heyvan məşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə dekabrın 28-dən 31-dək ölkədə fəaliyyət göstərən bazar və yarmarkalarda qanunvericiliyə uyğun dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədi ilə reydlərin keçirilməsi nəzərdə tutulur.

 

Bu dövrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR