Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri Astarada vətəndaşları qəbul edib - FOTO - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri Astarada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 avqust 2013 12:05 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bu gün Astara rayon Mədəniyyət Evinin binasında vətəndaşları qəbul edərək onların təklif və şikayətlərini dinləyib.

 

APA-nın Cənub bürosunun məlumatına görə, qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik və Yardımlı rayonlarından 40-dək vətəndaş iştirak edib. Görüşə DGK-nin digər struktur rəhbərləri də qatılıb. Vətəndaşların müraciətlərinin əksər hissəsi gömrük orqanlarında işə qəbul, bəzilərində isə Astara gömrük keçid məntəqəsindən malların idxal və ixracı, bununla bağlı sənədləşmə qaydaları ilə bağlı olub. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR