Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri Xırdalanda vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin sədri Xırdalanda vətəndaşlarla görüşəcək
# 28 yanvar 2014 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

 

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 31-də saat 11:00-da Abşeron rayon Xırdalan şəhəri üzrə İcra Nümayəndəliyində (Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi,9) bu bölgədən olan vətəndaşlarla görüşəcək.

 

Qəbul zamanı bölgədə yerləşən Abşeron, Xızı və Qobustan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR