Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir. ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitet rektorunun imzaladığı əmrə əsasən Zöhrab İbrahimov maliyyə fakültəsinin dekanı, Həmid Həmidov isə doktorantura şöbəsinin müdiri təyin edilib.
Rektorun digər əmri ilə Raqif Qasımov Magistratura mərkəzinin qiyabi təhsil üzrə direktor müavini təyin olunub.