Bank Of Baku

Dövlət Komitəsi Nazirlər Kabinetinə 3 yeni proqram təqdim edib

Dövlət Komitəsi Nazirlər Kabinetinə 3 yeni proqram təqdim edib
# 27 dekabr 2012 14:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 3 yeni proqram və layihə hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu APA-ya açıqlamasında komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov məlumat verib. O bildirib ki, yeni proqramlar “Valideyn məsuliyyətinin artırılması”, “Çoxuşaqlı ailələrin təminatlarının yaxşılaşdırılması” və “İnsan alveri qurbanı olmuş uşaqların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiyası” dövlət proqramının layihələridir. E.Səfərovun sözlərinə görə, bu yeni layihələrin hazırlanmasında məqsəd həssas qrupların təminatlarının, onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır. Yeni proqramların gələn il qəbul olunması gözlənilir.

 

“Çoxuşaqlı ailələrin təminatlarının yaxşılaşdırılması” barədə yeni proqramda çoxuşaqlı ailələr üçün yeni təminatlar əks olunub. Onun sözlərinə görə, çoxuşaqlı ailələr üçün nəzərə tutulan yeni təminatlarda sosial yardımın gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, pulsuz ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub.

 

Komitə təmsilçisi qeyd edib ki, “İnsan alveri qurbanı olmuş uşaqların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya” dövlət proqramında isə daha çox dövlət qurumlarının koordinasiya edilməsi və bu sahədə xidmətin artırılması üçün xüsusi tədbirlər nəzərdə tutulub. Burada təlimçilərin müəyyən edilməsi, dövlət tərəfindən xüsusi çarxların çəkilməsi, mühüm boşluqların əhatə olunması əks edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR