Bank Of Baku

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 828 nəfər ərizə verib

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 828 nəfər ərizə verib
# 05 avqust 2013 08:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 15 avqust tarixilərini əhatə edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, avqustun 2-nə qədər 828 nəfər elektron ərizə dolduraraq Dövlət Proqramına qeydiyyatdan keçib. Sənədləri qaydasında olmadığı üçün qəbul olunmayan 80 nəfər sənədlərini müvafiq qaydada tamamladıqdan sonra 15 avqust tarixinə qədər yenidən Təhsil Nazirliyinə müraciət edə bilərlər. Artıq 374 namizədlə müsahibələr aparılıb və onlardan 93-ü müsahibə zamanı müsbət rəy ala bilməyib. Sənədləri qəbul olunmuş namizədlərlə müsahibələr davam etməkdədir.

 

Ötən illərdən fərqli olaraq, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR