Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübü ərzində Azərbaycanda 27 789 yeni, o cümlədən 21 764 daimi iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən yanvar 2009-cu ildən 2013-cü ilin aprelinə qədər olan dövr ərzində isə 388,9 min olmaqla 297 min daimi iş yerləri yaradılıb: «Cari ilin birinci rübündə açılmış daimi iş yerlərinin 9,9%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,1%-i mövcud müəssisə və təşkilatlarda, 0,2%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 75,8%-i isə fiziki şəxslər tərəfindən yaradılıb».