Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Salyan şəhərində vətəndaşlar üçün açıq qəbul keçirəcək.
Komitənin mətbuat xidmətinin rəhbəri Eldar Sadıq “APA-Economics”ə bildirib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun Salyanda vətəndaşlarla görüşü sentyabrın 6-da olacaq.
Qəbulda Salyan şəhəri ilə yanaşı, Şirvan, Saatlı, Sabirabad, Cəbrayıl, Hacıqabul, Neftçala və İmişli rayonlarının sakinləri də iştirak edə bilərlər.