Bank Of Baku

DSMF sədri Səlim Müslümov cənub regionunda vətəndaşlarla görüşəcək

DSMF sədri Səlim Müslümov cənub regionunda vətəndaşlarla görüşəcək
# 03 sentyabr 2013 08:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov sentyabrın 11-də saat 10:00-da Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 11-də Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Masallı rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.

 

Qeyd edək ki, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə Fondun Aparatı (+99412 434 12 34) və ya yerli şöbələrlə əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR