Bank Of Baku

Dünən keçirilən qəbul imtahanları zamanı təcili yardıma müraciət olmayıb

Dünən keçirilən qəbul imtahanları zamanı təcili yardıma müraciət olmayıb
# 12 may 2014 15:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə ötən gün keçirilmiş qəbul imtahanları zamanı abituriyentlərdən təcili yardıma heç kim müraciət etməyib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya bildirib ki, Bakıda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi bütün məntəqələrə təcili yardım maşınları göndərilib. Onun sözlərinə görə, qəbul imtahanları 13 məntəqədə keçirilib və hər bir məntəqə təcili yardım briqadaları  təmin edilib. M.Həmidov qeyd edib ki, təcili yardım maşınları səhər saat 9-dan imtahanlar bitənə kimi insanların xidmətində olub. Sadəcə, həmin müddətdə valideynlər və abituriyentlər tərəfindən təcili yardıma heç bir müraciət daxil olmayıb.

 

Qeyd edək ki, mayın 11-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir. İmtahan respublikanın 11 şəhərində ümumilikdə 33 binada keçirilir. İmtahanda 18298 abituriyent iştirak edib. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent III qrup üzrə imtahan verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR