Bank Of Baku

Dünya Bankı xarici dövlətlərin təhsil sahəsindəki təcrübəsinin Azərbaycana gətirilməsinə yardım edəcək

Dünya Bankı xarici dövlətlərin təhsil sahəsindəki təcrübəsinin Azərbaycana gətirilməsinə yardım edəcək
# 27 may 2013 10:30 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə DB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşşenko bildirib.

 

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda təhsil sahəsi inkişaf edib ki, əsasən abituriyentlərin ali və orta ixtisas məktəblərinə qəbulu sahəsində tətbiq olunan test sistemini misal gətirmək olar: «Buna baxmayaraq, ölkənin təhsil sistemində müəyyən boşluqlar mövcuddur. Buna misal olaraq isə ali və orta ixtisas məktəblərinə qəbulolmaların aşağı səviyyəsini gətirmək olar».

 

L.Leşşenko qeyd edib ki, Azərbaycanda orta məktəbi bitirmiş şagirdlərin yalnız 18-19%-i təhsillərini davam etdirir və bu da orta gəlirli ölkələr üçün olduqca aşağı göstəricidir: «Təhsil sahəsində iş yeri olduqca çoxdur və bu, investisiya və yeni texnologiyaların tətbiqini tələb edir. Biz bu proseslərdə iştirak etməyə və digər ölkələrin təcrübəsini Azərbaycana gətirməyə hazırıq. Hazırda bu istiqamətdə Azərbaycan hökuməti ilə Bank arasında danışıqlar aparılır».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR