Bank Of Baku

Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlanıb

Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlanıb
# 25 dekabr 2012 15:03 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, reytinq bir qrup alimin 2012-ci il ərzində keçirdiyi sorğunun nəticələri əsasında tərtib olunub. Sorğuda 148 ölkənin əhalisi iştirak edib və sorğu «özünüzü ötən gündən sonra nə qədər istirahət etmiş hiss edirsiniz?», «ötən gün sizə hörmətlə yanaşıblar?», «ötən gün gülümsəmisiniz mi?» və «ötən gün siz nə isə yeni bir şey öyrənə bilmisiz?» suallarından ibarət olub.

 

Nəticədə, dünyanın ən şən və qəmli millətləri müəyyənləşib. Reytinqə əsasən, dünyanın ən şən və gülərüzlü əhalisi Panamada, ən qəmli və mənfi emosiyalı əhali isə Sinqapurda yaşayır. Belə ki, Sinqapurda sorğuda iştirak etmiş əhalinin yalnız 46%-i suallara müsbət cavab verib, halbuki Panama və Paraqvayda bu göstərici 85%-ə çatıb. Hətta qeyri-stabil Əfqanıstanda əhali özünü daha xoşbəxt hiss edir – sorğuda iştirak edənlərin 55%-i onlara verilən 4 sualın hamısına «hə» cavabını verib.

 

 

                                            Ən xoşbəxt ölkələr

 

 

Ölkə

Sorğuda suallara

müsbət cavab verənlər

1

Panama

85%

2

Paraqvay

85%

3

Salvador

84%

4

Venesuela

84%

5

Trinidad və Tobaqo

83%

6

Tailand

83%

7

Qvatemala

82%

8

Filippin

82%

9

Ekvador

81%

10

Kosta-Rika

81%

                                           Ən bədbəxt ölkələr

 

Ölkə

 

Sorğuda suallara

müsbət cavab verənlər

1

Sinqapur

46%

2

Ermənistan

49%

3

İraq

50%

4

Gürcüstan

52%

5

Yəmən

52%

6

Serbiya

52%

7

Belarus

53%

8

Litva

54%

9

Madaqaskar

54%

10

Əfqanıstan

55%

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR