Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, noyabrın 16-da komissiya Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunub. Sualların 80-ni namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20-si isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.
İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 350 nəfərdən 39-u imtahana gəlməyib. Ümumi nəticədə 55 və daha çox bal toplayan 147 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılıb.