Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq-mühafizə orqanlarına 15 iş göndərib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq-mühafizə orqanlarına 15 iş göndərib
# 05 avqust 2013 10:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-31 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 138 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 56 müddətli məcburi göstəriş verilib.

 

Ümumilikdə 39 iş üzrə 101 200 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 2742,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 241 iş üzrə 145067,23 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qruplarına 24, məhkəmələrə isə 1 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR