Bank Of Baku

Ekspertlər: Azərbaycanda bəzi səhiyyə obyektləri şüalanma ilə bağlı tələblərə əməl etmir

Ekspertlər: Azərbaycanda bəzi səhiyyə obyektləri şüalanma ilə bağlı tələblərə əməl etmir
# 20 may 2013 11:55 (UTC +04:00)

Nəticədə, vətəndaşlar normadan artıq dozada şüalanma almaq riski ilə üzləşirlər. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində yaradılan və yaxın vaxtlarda fəaliyyətə başlayacaq Dövlət Dozimetrik Etalonları Laboratoriyasından bildirilib.

 

Laboratoriya mütəxəssislərinin sözlərinə görə, beynəlxalq tələblərə əsasən, rentgen qurğusundan keçən və müəyyən dozada şüalanma alan xəstələrin xəstəlik tarixçəsində müayinə və ya terapiyanın vaxtı və xəstənin aldığı şüalanma dozası barədə məlumatlar qeyd edilir. O cümlədən, bu barədə məlumatlar xəstənin özünə də təqdim edilir. Bu qeydlər vasitəsilə insanların hansı müddət ərzində nə qədər şüalanmaya məruz qaldığı izlənilir və normadan artıq şüalanma almasının qarşısı alınır.

 

Azərbaycandakı səhiyyə obyektlərinin əksəriyyətində isə bu göstəricilər qeydə alınmır və bununla bağlı xəstəlik tarixçəsində müvafiq qeydlər aparılmır, eləcə də şüalanmaya məruz qalan xəstələrin özünə bu barədə məlumat verilmir. Nəticədə, sahənin spesifik xüsusiyyətlərindən məlumatlı olmayan vətəndaşlar normadan artıq şüalanma almaq riskinə məruz qalır və ya artıq şüalanırlar. Dozimetrik laboratoriyanın işə düşməsi nəticəsində isə rentgen və radiasiya sahəsindəki digər məsələlər kimi bu sahəyə də nəzarətin artması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR