Bank Of Baku

Elmin İnkişafı Fondu 2-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib

Elmin İnkişafı Fondu 2-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib
# 05 avqust 2013 16:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib.

 

Fondun icraçı direksiyasından APA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə (beynəlxalq konfrans, simpozuim və seminarlarda) şifahi məruzələrlə çıxış etmək, ixtisasartırma məqsədilə qısamüddətli təcrübəkeçmədə iştirak etmək, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulmasına imkan yaratmaqdır.

 

Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə məbləği 67200 manat olmaqla 13 qalib layihə müəyyənləşdirilib. Bu layihələr çərçivəsində Koreya, İtaliya, Çex Respublikası, Rusiya, Ukrayna və Türkiyədə 11 elmi təcrübəartırma baş tutacaq, 2 layihə üzrə isə Avstriya və Rusiyada keçiriləcək beynəlxalq konfranslarda ölkəmiz təmsil olunacaq. Adıçəkilən layihələr AMEA-nın Geologiya, Zoologiya, Mikrobiologiya institutlarını, Şamaxı Astrofizika Rəsədxanasını, Azərbaycan Tibb Universitetini, Bakı Dövlət Universitetini, Bakı Slavyan Universitetini və Azərbaycan Dövlət Pedaqoji Universitetini əhatə edir.

 

Elmin İnkişafı Fondu bu yaxınlarda 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsini elan edəcək. Müsabiqənin ildə ən azı 3 dəfə elan edilməsi alimlərə daha çox elmi tədbir və təcrübəartırmalarda iştirak imkanı yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR