Bank Of Baku

Elmin İnkişafı Fondu 2012-ci il üçün 2-ci qrant müsabiqәsinin nəticələrini açıqlayıb

Elmin İnkişafı Fondu 2012-ci il üçün 2-ci qrant müsabiqәsinin nəticələrini açıqlayıb
# 29 dekabr 2012 11:56 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tәdqiqat proqramlarının, layihәlәrinin vә digәr elmi tәdbirlәrin maliyyәlәşdirilmәsi mәqsәdi ilә qrantların verilmәsi üzrә 2012-ci il üçün 2-ci müsabiqәsinin nəticələrini açıqlayıb. Fondun icraçı direksiyasından APA-ya verilən məlumata görə, 2-ci qrant müsabiqәsinin keçirilmәsi haqqında qәrar bu il mayın 10-da verilib. Müsabiqәyә 174 layihә daxil olub, onlardan müsabiqә qaydaları vә tәlәblәrinә cavab vermәyәn 52 layihә texniki ekspertiza mәrhәlәsindәn keçmәyib, 122 layihә isә elmi ekspertiza mәrhәlәsinә buraxılıb. Ekspertiza işinә Elmin İnkişafı Fondunun daimi ekspertlәri vә müstәqil elmi ekspertlәr cәlb olunublar. Eyni zamanda, elmi ekspertiza mәrhәlәsinә keçmiş layihәlәrin siyahısı internet sәhifәsindә dәrc olunub və onların açıqlana bilәn hissәlәrinin forum tipli elmi-ictimai müzakirәsi işi dә tәşkil edilib.

 

Elmin İnkişafı Fondunun 28 dekabr tarixli qәrarı ilә 2-ci qrant müsabiqәsi çәrçivәsindә 4 pilot layihә, 27 fundamental-tәtbiqi xarakterli layihә vә 8 xüsusi layihә olmaqla cәmi 39 qalib layihә müәyyәnlәşdirilib. Cari müsabiqә üzrә ümumi maliyyәlәşdirilmә hәcmi 7 500 000 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR