Bank Of Baku

Elmira Süleymanova: “Ombudsman Aparatı müəyyən şəxslərin əfv edilməsi ilə bağlı daim Prezident yanında Əfv Komissiyasına müraciətlər edir”

Elmira Süleymanova: “Ombudsman Aparatı müəyyən şəxslərin əfv edilməsi ilə bağlı daim Prezident yanında Əfv Komissiyasına müraciətlər edir”
# 10 dekabr 2012 15:34 (UTC +04:00)

 

 

Hər ay ərzində istər cəzaçəkmə müəssisələrində görüşdüyümüz şəxslər tərəfindən, istərsə də onların ailə üzvləri tərəfindən müraciətlər olur. Hər bir müraciəti dəqiqliklə, qanun çərçivəsində təhlil edirik. Əgər qanun buna yol verirsə, həmin şəxs cəzaçəkmə müəssisəsində hansısa qanun pozuntularına yol vermirsə, o zaman bu cür insanların əfv olunması ilə bağlı məsələ qaldırılır. Mən müraciət etmişəm ki, əfv olunan zaman qadınlara, ahıllara, ağır və ümidsiz xəstələrə, yeniyetmələrə daha çox üstünlük verilsin”.

 

Elmira Süleymanova bildirib ki, hər ayın 1-də Əfv Komissiyasına müvafiq siyahı təqdim olunur: “Əfv fərmanı imzalandıqdan sonra biz fərmanın icrası prosesində iştirak edirik”.

 

Qeyd. Elmira Süleymanovanın verdiyi və sayta yerləşdirilmiş açıqlamanın ilk versiyası ilə bağlı dəqiqləşdirmələr aparılıb və yol verilmiş yanlışlıqlar aradan qaldırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR