Bank Of Baku

Əsgər Əhmədin “XII-XV əsrlərdə Azərbaycan mənəvi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib

Əsgər Əhmədin “XII-XV əsrlərdə Azərbaycan mənəvi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib
# 13 mart 2013 12:16 (UTC +04:00)

Bakı Etibar Məmmədov – APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhmədin “XII-XV əsrlərdə Azərbaycan mənəvi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, monoqrafiya Azərbaycan tarixində hadisə və proseslərlə zəngin, lakin çox çətin və ziddiyyətli bir dövr olan XII-XV əsrlərin mənəvi mədəniyyət məsələlərinin tarixi-etnoqrafik araşdırılmasına həsr olunub.

 

Təqdimatda çıxış edən universitetin elmi işlər üzrə prorektoru Şirinbəy Əliyev kitabı yüksək qiymətləndirərək bildirib ki, müəllif uzun müddət həmin dövrün mədəniyyəti barədə tədqiqat aparıb. XII-XV əsrlərin mədəniyyəti və tarixinin sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu deyən Ş. Əliyevin sözlərinə görə, müəllifin monoqrafiyası da bu istiqamətdə atılan addımdır.

 

Əsgər Əhməd isə müəllifi olduğu kitab haqqında danışaraq monoqrafiyanın yazılmasında məqsədin Azərbaycan xalqının mənəvi həyatının xarakterik xüsusiyyətlərini araşdırmaq, baş verən təkamülü izləmək və həmin dövrü tarixi-etnoqrafik baxımdan tədqiq etməkdən ibarət olduğunu vurğulayıb: “Kitabda həmin dövrün mədəniyyəti, Azərbaycanda sufizmin inkişaf tarixi, eyni zamanda ayrı-ayrı təriqətlərin formalaşması prosesi yer alıb. Düşünürəm ki, kitabda bu dövrə aid fərqli təqdimatda kifayət qədər informatik məqamlar var”.

 

Tədbirin digər iştirakçıları da monoqrafiyanın əhəmiyyətini qeyd ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR