Bank Of Baku

ETSN: Abşerondakı sürüşmə sahələrində aktivləşmələr gözlənilir

ETSN: Abşerondakı sürüşmə sahələrində aktivləşmələr gözlənilir
# 24 dekabr 2012 09:07 (UTC +04:00)

 

 Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib.

 

O bildirib ki, respublikanın digər ərazilərdə də müəyyən gərginlik var: “Lakin aktivləşmələrin artıb-artmayacağı mart aylarında qar əriyəndən sonra bilinəcək. Hazırda sürüşmə prosesini aktivləşdirəcək şərait yoxdur. Çünki yağışlar nəticəsində suyun çökməsinə görə sürüşmə halları azalıb. Sürüşmə aktivliyi əsasən yaz fəslində başlayır. Müəyyən ərazilərdə qarın əriməsi sürüşmələri daha da aktivləşdirir”.

 

B. Qaralov qeyd edib ki, hazırda daha çox Abşerondakı sürüşmə sahələrində aktivləşmələr gözlənilir: “Bu ərazilərdə proses daha da genişlənib. Bundan əlavə, Əhmədli və Qaraçuxurda yerləşən sürüşmə zonalarında gərginlik yaranıb. Bu ərazilərdə aktivləşmə olsa da həmin zonada hansısa uçqunların baş verməsi gözlənilmir. Proses qorxuducu səviyyədə deyil, aktivləşmələr cüzidir. Hazırda ərazidə tədqiqatlar və monitorinqlər aparılır. Həmin ərazidə gərginlik artsa, qorxulu bir şey olsa tərəfimizdən məlumat veriləcək”.

 

Badamdar qəsəbəsindəki sürüşmə zonasındakı vəziyyətə gəlincə, B. Qaralov qeyd edib ki, hazırda ərazidə aktivlik mövcuddur: “Hadisə yerində tədqiqatlar aparılır. Lakin əsaslı işlərin aparılmasına imkan yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR