Bank Of Baku

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kadr hazırlığı ilə bağlı hesabatı açıqlanıb

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kadr hazırlığı ilə bağlı hesabatı açıqlanıb
# 02 yanvar 2014 14:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 2013-cü il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabatını açıqlayıb.

 

İnstitutun Elmi Şurasından APA-ya verilən məlumata əsasən, bu il yüksək ixtisaslı kadr hazırlığı istiqamətində uğurlu addımlar atılıb. Belə ki, institutun əməkdaşlarından siyasi elmlər üzrə 1 nəfər - Sənan Həsənov fəlsəfə doktoru, 1 nəfər - Esma Əmirilyasova elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə ediblər. Fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş 3 əməkdaş Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq diplomunu alıblar.


Qeyd edək ki, 2013-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə 5 ixtisasa uyğun 6, dissertantura üzrə 10 ixtisasa uyğun 12, elmlər doktoru hazırlığı üzrə 11 yer (dissertantura yolu ilə) ayrılıb və həmin yerlərə qəbul prosesi davam edir. Hazırda 181-i elmi işçi olmaqla, institutda 295 əməkdaş çalışır. Onlardan 31-i elmlər doktoru, 100 nəfəri isə fəlsəfə doktorudur. İnstitutun doktoranturasında 58, dissertanturasında 57, o cümlədən 16 nəfər əcnəbi vətəndaş dissertant kimi təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR