Bank Of Baku

FHN-in Cənub Regional Mərkəzində gənc xilasedici və yanğınsöndürənlərin zona yarışı keçirilib - FOTOSESSİYA

FHN-in Cənub Regional Mərkəzində gənc xilasedici və yanğınsöndürənlərin zona yarışı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 may 2013 12:00 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Mayın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində (CRM) orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual səviyyələrini üzə çıxarmaq məqsədilə gənc xilasedici və yanğınsöndürənlərin zona yarışı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, FHN-in təşkilatçılığı və respublikanın Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən yarışda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından komandalar iştirak ediblər. Yarışların açılış mərasimində çıxış edən FHN-in CRM-nin rəisi Zəmani Dadaşov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsal Nəsirli, FHN-in Fövqəladə halların monitorinqi və xəbərdarlıq edilməsi idarəsinin rəisi Məhbubə Mustafayeva bu cür yarışların yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsində,  məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanmasında,  onlarda sağlam həyat tərzinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, gənc iştirakçılara uğurlar diləyiblər.

 

Daha sonra yarışların startı verilib və komandalar öz fiziki hazırlıqlarını nümayiş etdiriblər.

 

Qeyd edək ki, zona yarışında qalib gələn komanda respublika yarışlarına vəsiqə qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR