Bank Of Baku

FHN-in Cənub Regional Mərkəzində seminar-müşavirə keçirilib - FOTO

FHN-in Cənub Regional Mərkəzində seminar-müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 04 sentyabr 2013 14:08 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-nin Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda regional seminar-müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, FHN-in Cənub Regional Mərkəzinin dislokasiya ərazisi üzrə müvafiq rayon İcra Hakimiyyətlərindəki fövqəladə hallar komissiyası sədrlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı  ərazi idarəsi ilə Lənkəran Regional Hidrometeorologiya müəssisəsi əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə açan  Cənub Regional Mərkəzin rəis müavini Maarif Nadirov son 4 il ərzində təmsil etdiyi qurumun gördüyü işlər, eləcə də hazırkı dövrdə fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.

 

“FHN-nin Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə hazırlanmış təkliflər” mövzusunda çıxış edən FHN-in Cənub Regional Mərkəzin  Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin Operativ məlumat şöbəsinin rəisi-idarə rəisinin müavini kapitan Müsəddiq Əsədov FHN-nin Cənub Regional Mərkəzinin yaranma zərurəti, struktur bölmələri, fəaliyyət istiqamətləri, yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlərdən söz açıb.

 

Daha sonra müvafiq rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyalarının  sədrlərinin məlumatları dinlənilib. Çıxışla qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.

 

Sonda “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanılıb, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlər ilə bağlı foto slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR