Bank Of Baku

FHN «Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi» mövzusunda seminar-müşavirə keçirib - FOTOSESSİYA

FHN «Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi» mövzusunda seminar-müşavirə keçirib   - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2012 08:34 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli - APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən «Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi» mövzusunda seminar-müşavirə keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov çıxışında insanların daha sıx toplaşdığı səhiyyə və digər sosial obyektlərin - klinikaların, poliklinikaların, doğum evlərinin, dispanserlərin, xəstəxanaların, körpələr və uşaq evlərinin, sanatoriyaları, istirahət evlərinin və digər müəssisələrin yanğın təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasının vacib olduğunu bildirib. O, səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi istiqamətində görülmüş işlərdən və bu sahədə baş verən yanğınlardan danışaraq, yanğın təhlükəsizliyi qaydalarına daha da ciddi əməl olunmasının vacibliyini vurğulayıb.

 

Xidmətin rəis müavini Aqşin Kazımov, Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi Hikmət Cəfərov, hüquq sektorunun rəisi Ehtiram Əliyev ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və onların tətbiq olunması haqqında məlumat veriblər.

 

Müşavirədə «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Tahir Kazımov qaz təsərrüfatında təhlükəsizlik tədbirləri haqqında müşavirə iştirakçılarını məlumatlandırıb və mütəxəssis tövsiyələrini verib.

 

Tədbirdə mövzu ilə bağlı video çarx nümayiş etdirilib, «Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi» adlı yaddaş kitabçası müşavirə iştirakçılarına paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR