Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının “Həyat fəaliyyətinin təhlükəsizliyi” fakültəsinin III kurs kursantları FHN Cənub Regional Mərkəzində istehsalat təcrübəsi keçirlər.
APA-nın cənub bürosunun məlumatına görə, istehsalat təcrübəsinin başlıca məqsədi FHN Cənub Regional Mərkəzinin struktur bölmələrində xidmətin təşkili, gündəlik iş rejimi, şəxsi heyətin funksional vəzifələri, şəxsi heyətlə aparılan tərbiyəvi işin təşkilinə dair normativ sənədlərlə, axtarış-xilasetmə və digər texniki avadanlıqlarla tanışlıq, Mərkəzin struktur bölmələrində keçirilən məşğələlərdə iştirak etməkdən ibarətdir.
Kursantlar FHN Cənub Regional Mərkəzində yanğın əleyhinə, taktiki-texniki, rabitə, desant, radiasiya, kimyəvi və bioloji mühafizə üzrə hazırlıq, hündür obyektlərdə qəza-xilasetmə, stroplama və takela işlərinin aparılması istiqamətlərində bilik və bacarıqlarını artırırlar.
Fərdi iş planları üzrə təcrübə keçən kursantlar tərəfindən keçirilən məşğələlərin keyfiyyəti, eləcə də təcrübə keçənin icra etdiyi təcrübi işlər və digər normativlər yoxlanılmaqla, təcrübə üçün verilən fərdi tapşırıqlar əsasında hər bir kursantın obyektiv qiymətləndirilməsi həyata keçirilib.