APA-nın məlumatına görə, FHN-in müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nazirə müraciətlərində işə qəbul, qəzalı evlərin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə bağlı K. Heydərova müraciət ediblər. Bütün müraciətlər diqqətə alınıb, nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə əlaqədar qurumlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.