Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda fəaliyyət göstərən Azərbaycan iş adamları və şirkət rəhbərləri ilə görüşüb.
APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri iştirak edib.
F. Muradov iş adamları ilə tanış olaraq onların fəaliyyət istiqamətləri barədə maraqlanıb. AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov komitə sədrinə təşkilatın yaranma tarixi və əsas vəzifələri barədə məlumat verib.
Görüşdə azərbaycanlı iş adamlarının biznes fəaliyyəti, Gürcüstanda biznes mühitlə bağlı fikir mübadiləsi aparılıb.
Fuad Muradov Gürcüstanda azərbaycanlı iş adamları ilə görüşüb
14 iyun 2018 11:21 (UTC +04:00)