Bank Of Baku

Gələn ilin iyun ayına kimi Bakının bütün rayonları, Gəncə və Sumqayıt şəhərinin sakinləri “ASAN Xidmət”dən yararlana biləcəklər

Gələn ilin iyun ayına kimi Bakının bütün rayonları, Gəncə və Sumqayıt şəhərinin sakinləri “ASAN Xidmət”dən yararlana biləcəklər
# 30 dekabr 2012 08:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ASAN xidmət” mərkəzləri ilkin mərhələdə Bakının yalnız Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcək. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bir neçə aydan sonra işlər daha da təkmilləşdiriləcək və digər rayonlarda da bu xidmətləri göstərmək mümkün olacaq. İ. Kərimov qeyd edib ki, gələn ilin iyun ayına kimi Bakı şəhərinin bütün rayonları, Gəncə və Sumqayıt şəhərinin sakinləri də bu xidmətdən yararlana biləcəklər. Onun sözlərinə görə, yaxın gələcəkdə isə qeydiyyat yerindən asılı olmayaraq bütün respublika üzrə vətəndaşlara bu xidmət göstəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR