Bank Of Baku

Gənclər və idman naziri avqustun 5-də Qəbələdə vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri avqustun 5-də Qəbələdə vətəndaşları qəbul edəcək
# 30 iyul 2013 09:24 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov avqustun 5-də Qəbələdə vətəndaşları qəbulu edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər. Qəbul  saat 11:00 -da  Qəbələ Mədəniyyət Mərkəzində  (Qəbələ şəhəri, 28 may küçəsi, 40) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 30-dan avqustun 3-dək müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər. Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 30-dan avqustun 3-dək, saat 09:00-dan 18.00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR