Bank Of Baku

Gənclər və idman naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək
# 12 sentyabr 2013 10:42 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 17-də Gəncə şəhərində  vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda  Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz  rayonlarının sakinləri iştirak edəcəklər.

 

Qəbul  saat 11.00-da Gəncə Dövlət Aqrar Universitetinin baş binasında (Gəncə şəhəri, Atatürk prospekti, 262 (Xan bağının yanı) başlanacaq.

 

Qəbula gəlmək istəyən vətəndaşların 16 sentyabr 2013-cü il tarixinədək (şənbə və bazar günləri də daxil olmaqla) saat  09.00-dan 18.00-dək adı qeyd olunan şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR