Bank Of Baku

Güclü külək Gəncədə bir sıra fəsadlar yaradıb

Güclü külək Gəncədə bir sıra fəsadlar yaradıb
# 13 mart 2013 15:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində günün ikinci yarısından əsməyə başlayan güclü külək bir sıra problemlər yaradıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, külək nəticəsində şəhərin bir neçə yerində ağaclar qırılaraq avtomobil yollarının hərəkətində maneələr yaradıb. Bundan başqa, əlverişsiz hava şəraiti Gəncənin elektrik sistemini də zədələyib. Şəhərin bir neçə istiqamətində 6 kilovoltluq elektrik naqillərinin qırılması nəticəsində sakinlər enerjisiz qalıb. Gəncə şəhər Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayevin verdiyi məlumata görə, artıq təmir qrupları şəhərin müxtəlif istiqamətlərində çalışır. Yaxın saatlarda enerji təminatı bərpa olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR