Bank Of Baku

Gürcüstanın daxili işlər naziri Azərbaycana səfər edib

Gürcüstanın daxili işlər naziri Azərbaycana səfər edib
# 13 may 2014 15:40 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycana rəsmi səfərə yollanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

 

Səfər çərçivəsində A. Çikaidzenin azərbaycanlı həmkarı Ramil Usubov və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb. Görüşlərdə hüquq-mühafizə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

Səfər mayın 16-da sona çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR