Bank Of Baku

Hacıqabul Rayon Polis Şöbəsində monitorinq keçirilib

Hacıqabul Rayon Polis Şöbəsində monitorinq keçirilib
# 13 mart 2013 11:05 (UTC +04:00)

Bakı – APA. ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Fondun prezidenti Əliməmməd Nuriyevin rəhbərliyi ilə Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerində (MSY) monitorinq həyata keçirilib.

 

Fonddan APA-ya verilən məlumata görə, monitorinq zamanı MSY-ə, o cümlədən saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə, görüş otaqlarına, mətbəxə baxış keçirilib. Eyni zamanda təqsirləndirilən və şübhəli bilinən şəxslərin qeydiyyat və tibbi müayinə jurnalı nəzərdən keçirilib.

 

Baxış zamanı MSY-də 4 təqsirləndirilən şəxs olub. Onların hər biri ilə söhbət aparılıb, hüquqları izah edilib. MSY-də saxlanılan şəxslərin saxlama şəraiti və rəftar ilə bağlı hər hansı şikayətləri olmayıb.

 

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməməsinə baxmayaraq, qanun bəzi normalarının tətbiqinə başlanılıb. Təqsirləndirilən şəxslərin ailə üzvləri əlaqə saxlaması, yaxınları ilə görüşlərin keçirilməsi və s. məsələlərlə bağlı yeni qanundan irəli gələn tələblərə əməl olunur.

 

RPŞ-nin binası yeni tikildiyindən, saxlama kameralarının tutumu, işıqlandırma, gəzinti meydançası, istilik və ventilyasiya sistemi standartlara cavab verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR